Manşet

“Yük maşının sahibini araşdırırıq, Krasnodar sakinidir” – Körpü partlayışında neçə nəfər ölüb?

Rusiya İstintaq Komitəsi Krım körpüsündə baş verən partlayışla bağlı təhqiqatın ilkin nəticələrini açıqlayıb.

Savash.org Rusiya mediasına istinadla xəbər verir ki, partlayış nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilir.

“Partlamış yük maşınının yanında gedən minik avtomobilinin sərnişinləri həlak olub, bir qadın və bir kişi olmaqla onların cəsədləri sudan çıxarılıb. Ölənlərdən biri isə sözügedən yük maşının sürücüsüdür.”, deyə məlumatda bildirilir.

İstintaq həmçinin körpüdə partlayan yük maşınının sahibi, Krasnodar şəhərinin sakini haqda məlumatları araşdırır. Artıq onun yaşadığı ünvanda istintaq tədbirləri başlayıb.

Eləcə də yük maşınının marşrutu və sənədləri öyrənilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button