Manşet

Jurnalist kredit borcu olanlara səsləndi: \”Özünüzü öldürməkdənsə Azərbaycandan qaçın…\”

Jurnalist kredit borcu olanlara səsləndi: "Özünüzü öldürməkdənsə Azərbaycandan qaçın..."Avropada mühacir həyatı yaşayan tanınmış jurnalist Elbəyi Həsənli özünü Bakı bulvarında kredit borcuna görə dənizə ataraq intihar edən gənclə bağlı status paylaşıb. Savash.org-un məlumatına görə, intiharın böyük günah olduğunu xatırladan jurnalist kredit borcunu qaytara bilməyənlərə maraqlı təkliflə çıxış edib. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq.

\”25 yaşlı Rərvin özünü dənizə atıb, itihar edib. Özü də nəyə görə? Kriditə görə.

Azərbaycanda kriditlə bağlı ağır durumda olanlar çoxdur. Mən onlara müraciət edirəm.Qətiyyən intihar haqqında düşünməyin. Ən pis halda ölkəni tərk edin. Dünya böyükdür. Yer üzündə Azərbaycandan başqa 200 dövlət var. Ədalətli məmləkətlər də az deyil.Hardasa həyatınızı davam etdirə bilərsiz. Özü də insan kimi yaşamaq şərti ilə.

Qurban sənə, özünü öldürmə, qardaş! Faciəli sonluğunuzla doğmalarınıza belə zülm etməyin. Axı onlar sizi yaşamaq üçün böyüdüblər, gənc yaşda ölmək üçün yox. Onu da unutmayaq ki, intihar bütün səmavi dinlərdə ən böyük günahlardan sayılır…

Onu da unutmayın ki, Allah sizi tək yaratdı, kimsə bu dünyada sizi əvəz etməyəcək…

İnsanları ölümə sürükləyənlərə isə Allah lənət eləsin. Şübhəsiz ki, onlar Cəhənnəm əhlidir…\”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button