Manşet

Medvedev Krım körpüsünün qisasının necə alacaqlarını açıqladı: “ÖLDÜRƏCƏYİK…”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sərt bəyanatla çıxış edib.

Sfera.az-ın məlumatına görə, Medvedev Krım körpüsünə edilən hücuma görə məsuliyyət daşıyan terrorçularun məhv edilməli olduğunu deyib. “Rusiya bu cinayətə dünyanın başqa yerlərində olduğu kimi ancaq terrorçuları öldürməklə cavab verə bilər. Bu, Rusiya vətəndaşlarının gözləntisidir”, deyə o söyləyib.

Medvedevin bəyanatı yüksək gərginliyi pik həddə çatdırıb, ardınca daha bir qorxulu xəbərdarlıq hərbi analitik Oleksandr Kovalenkodan gəlib. Kovalenko “Espreso TV”yə deyib ki, Rusiya Krım körpüsündə baş verən partlayışdan sonra mülki hədəflərə hücumları gücləndirə bilər:

“Ehtimal ki, bu hücumlar Sumı və Çerişiv kimi sərhəd bölgələrinə ediləcək”.

Qeyd edək ki, Krım körpüsünü hədəf alan hücumdan sonra Rusiya prezidenti Vladimir Putinin bu gün təhlükəsizlik şurası ilə “fövqəladə” iclas keçirəcəyi bildirilir.  Kritik görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu, FTX daxili kəşfiyyat xidmətinin rəhbəri Aleksandr Bortnikov və baş nazir Mixail Mişustin də iştirak edəcək.

Günay Rəsulqızı

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button