Manşet

“Putinlə görüşmək mənasızdır, amma yanıma gəlib desə ki…” – Bayden

ABŞ Prezidenti Co Bayden hazırda Rusiya dövlət başçısı Vladimir Putinlə qarşıdan gələn G20 sammitində görüşməyi planlaşdırmadığını bildirib.

Bu barədə ABŞ Prezidenti CNN telekanalına müsahibəsində deyib.

Bayden bildirib ki, görüş Rusiya liderinin nəyi müzakirə etmək istəməsindən asılı ola bilər.

“Baxın, onunla görüşmək fikrim yoxdur. Ancaq məsələn, G20 zirvə toplantısında yanıma gəlib desə ki, mən amerikalı Brittni Qraynerin azad edilməsi haqqında danışmaq istəyirəm, onda vəziyyət fərqli olacaq. Ancaq təsəvvür edə bilmirəm”,– deyə Bayden bildirib.

Müsahibə zamanı o Rusiya-Ukrayna müharibəsindən danışıb. Bayden bildirib ki, ölkəsi bir mövqe tutub: “Ukraynasız Ukrayna ilə bağlı [müzakirə olunacaq] heç nə yoxdu”.

Bayden deyib ki, nə ölkəsi, nə də digər müttəfiqlər Rusiya ilə danışıqlara hazır deyil.

“Baxın, o, qəddar davrandı. Məncə, o, hərbi cinayətlər törədib. Ona görə də indi onunla görüşməyin mənasını görmürəm”, – deyə Bayden əlavə edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button