Manşet

Makron Azərbaycan-Ermənistan gərginliyi haqda: “Rusiya Qafqazda oyun oynayır…”

Fransa prezidenti Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.

“Reuters” xəbər verir ki, bu barədə dövlət başçısı “France 2” müsahibəsində danışıb.

Emmanuel Makronun fikrincə, Moskva son aylarda gərginliyi qızışdırıb:

“Sərhədin təhlükəsizliyini təmin etmək üçün orada 5 min rus əsgəri olmalı idi, amma ruslar bir neçə əsr yaşı olan bu münaqişədən oyun oynamaq üçün istifadə etdilər. Baş verənləri görürsünüzmü? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, o, hamımızı sabitsizləşdirmək üçün Qafqazda iğtişaşlar yaratmaq istəyir”.

Xatırladaq ki, keçən həftə E. Makron Praqada Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə dördtərəfli görüşdə iştirak edib. Həmin görüşdə Aİ-nin mülki missiyasının ölkələrin sərhədinə göndərilməsi qərara alınıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button