Manşet

“Şəhid Səbuhinin qardaşı iki dəfə intihara cəhd edib…” – SƏBƏB+DETALLAR

“Uşaq evində böyüyən şəhidimiz Səbuhinin qardaşı Sənan yeganə ailə üzvünün itkisi ilə barışmadığından və özünə qarşı baş verənlərin dözülməzliyindən bezərək iki dəfə intihara cəhd edib. Təəccüblüsü odur ki, bütün bunların baş verə biləcəyi əvvəldən bilinirdi. Sənan maarifləndirilməliydi, hüquqları izah edilməliydi, ondan sui-istifadə edilməsinin, təxribatçı qrupların onunla işbirliyinə girişməsinin qarşısı alınmalıydı”.

Bunu şəhid-mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bunlara baxmayaraq, artıq hər şey yaxşılığa doğru gedir:

“Sənana şəhid qardaşının sığorta pulu, dəfn pulu və Heydər Əliyev Fondundan yardım verilib. Sənan və Səbuhinin bank borcları bağlanıb. “Forma pulu” və Səbuhinin qalıq maaş, məzuniyyət pulunun verilməsilə bağlı sənədlər hazırlanır. Yas mərasimi zamanı “Tik-Tok”çu və bloqqerlərin topladığı pullar onlardan geri alınaraq Sənana verildi. Bir dostumuz kirayə puluna kömək edir”.

E.İsmayıloğlu qeyd edib ki, hazırda Sənanın ev və iş problemi qalır: “Ev məsələsi də yəqin ki, tezliklə həll ediləcək. Sənan “Kontakt Home”un anbarında fəhlə işləyir. Ümid edirəm ki, o, normal bir işlə də təmin ediləcək”.

Türkan

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button