Manşet

“Qardaşım, bu qızıldırmı?” – Ərdoğanla Əliyevin maraqlı dialoqu+VİDEO

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq yaşanıb. 

“SAVAŞ” xəbər verir ki, hava limanının açılış rəmzini bildirən lənti kəsərkən Türkiyə Prezidenti qayçının qızıldan olub-olmadığı ilə maraqlanıb.

Həmin dialoqu təqdim edirik: 

Ərdoğan:  İlham qardaşım, bu qızıldırmı? 

İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir…

Ərdoğan:  Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun. 

Daha sonra Türkiyə prezidenti kəsilən lenti qayçıya dolayaraq, İlham Əliyevdən bunu “götürə bilərəm?” deyə soruşub. İlham Əliyev isə cavabında bunun “ gözəl bir xatirə” olacağını bildirib.

Daha sonra AZAL Prezidenti Cahangir Əsgərov Zəngilan Hava Limanının açarını Ərdoğana təqdim edib və onun qızıldan olduğunu qeyd edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button