Manşet

Zelenski Putinin “fəlakət ssenarisi”ni İFŞA ETDİ – Dəhşətli planın DETALLARI

Ukrayna lideri Volodomir Zelenski Rusiyanın yeni hədəflərini açıqlayıb.

Ölkə başçısı müharibədə qalib gəlmək şansı olmayan Rusiya lideri Vladimir Putinin ölkəsini ayağa qaldırmaq ümidi ilə iki “fəlakət ssenarisi” üzərində işlədiyini iddia edib.  Zelenskinin sözlərinə görə, Rusiyanın üzərində işlədiyi ilk ssenari Avropaya yeni kütləvi miqrasiyanı başlatmaqdır. İkinci plan isə Dnepr çayı üzərindəki Kahovski bəndini sökərək Ukraynanın cənub rayonlarını su altında saxlamaqdan ibarətdir.

Vəziyyəti dəyərləndirən Zelenski bunları deyib:

“Oktyabrın 10-dan Ukraynanın infrastrukturunu hədəfə alan düşmən qışın ortasında milyonlarla insanımızı işıqsızlıq, susuzluq, aclıqla sınamaq istəyir. Onlar düşünür ki, Avropa ölkələrinə yeni böyük miqrasiyaya təkan verməklə Qərbin Ukraynaya dəstəyini dayandıracaqlar. Rusiyanın ikinci planı isə daha fəlakətlidir. Cənubda Xerson vilayətində ilişib qalan rus ordusu Dnepr çayı üzərindəki Kahovski bəndini dağıtmağı planlaşdırır. Əgər bombardman nəticəsində bənd divarı uçarsa, bütün Xerson bölgəsi su altında qalacaq. Ruslar böyük fəlakətə səbəb olacaq bənd planını həyata keçirsələr, kütləvi qırğın silahlarından istifadə etməkdən daha böyük bir qırğına imza atmış olacaqlar. Bunu “soyqırım” adlandırmaq daha düzgün olardı”.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button