Manşet

“Putin İndoneziyaya getməkdən qorxur, FSB onu devirə bilər” – İDDİA

Rusiya lideri Vladimir Putin və Ağ Ev rəhbəri Co Bayden gələn ay G20 sammitində iştirak etmək üçün İndoneziyaya gedəcək. Lakin Putinin əvəzinə xarici işlər naziri Sergey Lavrovun sammitdə iştirak edə biləcəyi deyilir. Bundan əvvəl də Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin G20-nin İndoneziyada keçiriləcək sammitində iştirakının hələlik sual altında olduğunu bildirmişdi. O, Rusiyanın bütün amilləri, o cümlədən Putinin təhlükəsizliyi məsələsini nəzərə alındığını demişdi.

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov düşünür ki, Putinin İndoneziyaya səfəri inandırıcı görünmür:

“Rusiya lideri adətən masaya əli güclü vaxtlarında oturmağı sevir. Yəni görsə ki, Rusiya Ukrayna cəbhəsində ciddi qalibiyyət əldə edib, o zaman  danışıqlar apara, yenə dünya nizamının formalaşmasında özünə pay götürməyə çalışa bilər. Amma indiki halda Rusiyanın uğursuz hərbi əməliyyatlar keçirməsi fonunda Putinin İndoneziyaya gedib Baydenlə görüşməsi gözlənilmir”.

Müsahibimiz qeyd edib ki, buna baxmayaraq, proseslərin gedişini izləmək lazımdır:

“Güman ki, Rusiya hər hansı uğur əldə etməsə, G-20 sammitində Putini Lavrov əvəz edəcək. Digər tərəfdən burada təhlükəsizlik məsələsi ön plana çıxır. Aydın məsələsidir ki, ölkə daxilində də artıq Putinə qarşı cəbhə alanlar var. Bu da ondan xəbər verir ki, bundan sonra məğlubiyyətlər seriyası davam edərsə, Vladimirin devrilməsi üçün daxildə hərəkətə keçə bilərlər. FSB-nin Putini devirmək üçün planları ola bilər, belə bir addımın atılması mümkündür. Ona görə də qeyd etdiyim şərtlər daxilində İndoneziyaya Lavrovun getməsi ehtimalı yüksəkdir”.

Günay Rəsulqızı

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button