Manşet

Peskov “Washington Post”un bu sualını cavablandırmadı – Priqojin Putinlə mübahisə edib?

“Vaqner” muzdlu şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya lideri Vladimir Putinlə mübahisə edib.

Bu barədə ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” məlumat yayıb.  Belə ki, adı açıqlamayan iki yüksək rütbəli amerikalı məmur qəzetə açıqlama verib. İddialara əsasən, Priqojin Putinlə görüşüb və ona rus ordusunun müharibədə düzgün idarə olunmadığını, cəbhədə səhvlərə yol verildiyini deyib.  O,  həmçinin Rusiya Müdafiə Nazirliyinin “Vaqner”dən böyük fayda əldə etməsinə baxmayaraq, bunun müqabilində qrupa lazımi maliyyə və resursların verilmədiyindən də şikayətlənib.

“Washington Post” qeyd edib ki, sosial mediada yayımlanan,  “Vaqner” əsgərlərinin adi yemək və ləvazimatlarının olmadığını dediyi video da Priqojin tərəfindən Kremlə təzyiq etmək üçün hazırlanıb. Digər tərəfdən, Rusiya liderinin muzdlu şirkətin rəhbəri ilə nə vaxt görüşdüyü barədə məlumat verilməyib.

Priqojin isə iddiaları rədd edərək, Putinlə görüşmədiyini və Ukrayna müharibəsində Rusiya ordusunun idarə olunmasını tənqid etmədiyini deyib. “Vaqner” lideri həmçinin qeyd olunan videonu görmədiyini iddia edib. Kremlin sözçüsü Dmitri Peskov  isə mövzu ilə bağlı “Washington Post”a şərh verməkdən imtina edib.

Qeyd edək ki,  Kreml dəfələrlə “Vaqner”lə hər hansı əlaqəni təkzib edib.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button