Manşet

“Ulduz” Şokolad Fabrikinin məhsulları Rusiyada niyə məhv edildi – PLAGİATLIQ

“Ulduz” Şokolad Fabrikinin məhsulları Rusiyada niyə məhv edildi - PLAGİATLIQPerm vilayətində (Rusiya) dövlət əmlakını idarə üzrə federal agentliyin ərazi idarəsi kontrafakt malların məhv edilməsi üzrə hərrac elan edib.Qalib ümumi çəkisi 4 ton olan ərzaq məhv etməlidir.
Savash.org-un məlumatına görə, “V kurse.ru” saytı bildirib ki, , məhv ediləcək malın əsas hissəsi 500 kq-dan ibarət xarici istehsalata mənsub şokoladlardır. Məlumatda daha sonra vurğulanır ki, məhv edilməsi nəzərdə tutulan şokolad Azərbaycanda istehsal edilib.
Həmin məhsul 2014-cü ilin sonunda Permə idxal edilib. Amma yükü qanunsuz elan ediblər, belə ki, şokoladın kağızı və dizaynı məşhur Avropa brendinə bənzərdir.
2015-ci ilin aprelində Perm vilayətinin arbitraj məhkəməsi müəllif hüquqlarının pozulmasını qərara alaraq yarım ton şokoladı müsadirə ediblər. Konfetlər məhv ediləcək.
Savash.org-a daxil olan məlumata görə, Rusiya Federasiyasında məhv edilən Azərbaycan istehsallı şokoladlar “Ulduz” Şokolad Fabrikinin məhsullarıdır. Məlumat üçün bildirək ki, “Ulduz” Şokolad Fabriki ölkənin əsas şirniyyat monopolistlərindən hesab olunur.
Savash.org

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button