Manşet

“Bunu məndən çox xahiş etdi, razılaşmadım…”  – Bayden Zelenskinin hansı sözünü yerə salıb?

“ABŞ administrasiyası Ukrayna hakimiyyətinin bütün tələblərini yerinə yetirmir”.

Bunu Ağ Ev rəhbəri Co Bayden jurnalistlərin “ABŞ Ukraynaya daimi yardım göstərməyə davam edəcəkmi?” sualını cavablandırarkən deyib. O, fikirlərini bu cür davam etdirib:

“Biz Ukrayna üçün çox şey etmədik. Məsələn, məndən Ukrayna səmasında uçuş qadağan olunmuş zonanın təhlükəsizliyi üçün onları Amerika təyyarələri ilə təmin etməyimi çox xahiş etdilər. Bunu etməyəcəyik.  Biz üçüncü dünya müharibəsini başlatmaq, rus təyyarələrini vurmaq, birbaşa döyüşə girmək fikrində deyilik”.

Bayden həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevi “HIMARS MLRS” raketləri ilə təmin etmək niyyətində də deyil. “Mən onların Rusiya ərazisini bombalamağa başlamalarını istəmirəm. Biz Ukraynaya özlərini müdafiə etmək üçün hər cür rasional vasitələri verəcəyikmi? Bəli. Onların özlərini müdafiə edə bildiyinə əmin olmaq istəyirik. Çünki çox şey təhlükə altındadır”, – prezident deyib.

O, respublikaçıların ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəyi təqdirdə, Ukraynanın silahla təmin olunması üçün vəsait ayırmaqdan imtina edəcəklərinə şübhə etdiyini bildirib.

Baydenin sözlərinə görə, ABŞ hesab edir ki, mümkün ərazi güzəştləri məsələsini Ukraynanın özü həll etməlidir və Vaşinqton bunu Kiyevdən tələb etmək niyyətində deyil: “Biz onlara nə edəcəklərini söyləmək fikrində deyilik. Ukrayna qışda nə etmək niyyətində olduğuna, güzəştə gedib-getməmək barədə qərar verəcək. Onların nə edəcəklərini isə bilmirəm”.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button