Manşet

“Rusiyanın əlaqəsi yoxdur…” – Ərdoğan Polşaya atılan raketlə bağlı Putinin yanında yer aldı

“Məlumatlar onu göstərir ki, Rusiyanın Polşa ərazisinə raketin düşməsi ilə bağlı insidentlə əlaqəsi yoxdur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə “TASS” agentliyinin jurnalistinin sualına cavabında deyib.

Məlumata görə, Ərdoğan, həmçinin Rusiyanın bu məsələ ilə bağlı mövqeyinə inandığını qeyd edib.

Türkiyə mediası isə Ərdoğanın sözügedən məsələ ilə bağlı açıqlamasını belə təqdim edib: “Rusiyanın açıqlamasına hörmətlə yanaşıram. Rusiyanın bu məsələ ilə heç bir əlaqəsinin olmamasını deməsi bizim üçün önəmlidir. Bununla yanaşı, səhər Almaniya Kansleri Olaf Şoltsla keçirdiyimiz görüşdə bu məsələnin araşdırılmasının zəruriliyini qeyd etdi. ABŞ lideri Co Baydenin bu raketlərin Rusiya istehsalı olmadığını demesi də önəmlidir”.

Xatırladaq ki, noyabrın 15-i yayılan məlumata görə, Rusiyanın atdığı 2 raket Polşa ərazisinə düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button