Manşet
İstanbulda terror törədən qadının ifadəsi: “Hər şey sevgilimə görə oldu…”

İstanbulda terror aktı törədən Ahlam Albashırın yeni ifadəsi açıqlanıb.
Qadın terror qruplaşmasına sevgilisinə görə qoşulduğunu ifadə edib. O, bildirib ki, Ahmed adlı şəxslə sevgili olub.
Qadının sözlərinə görə, Ahmed Cerablusa gedəndən sonra o da şəhərə gedib.
“Burada terrorçular məni əməkdaşlığa cəlb etdi. Bir müddət sonra Ahmedin izini itirdim. Lakin qruplaşma ilə əlaqəm kəsilmədi. Onlar məni buraxmaq istəmədi” – qadın qeyd edib.
Qeyd edək ki, İstanbulda törədilən terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.