Manşet

“Bakı Qarabağ ermənilərinin nümayəndəsi kimi yalnız onu qəbul edəcək” – Kimdir və niyə?

“Azərbaycan Qarabağ ermənilərinin nümayəndəsi kimi Vitali Balasanyanla danışıqlar apara bilər. Qarabağda ermənilərlə müəyyən təmaslar məhz onun vasitəsilə baş tutub”.

Bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. O, Rusiyanın Azərbaycana yönəlik siyasətinin yaratdığı yeni situasiyanı da dəyərləndirib:

“Rusiya prezidenti Vladimir Putinin mövqeyində dəyişikliklər rəsmi Bakını Vaşinqton gündəliyinə üstünlük verməsinə səbəb olub. Rəsmi Bakı artıq Rusiyanın vasitəçiliyinə ehtiyac görmür. Putin “Valday” diskusiya kulubunda bitərəfli olaraq Ermənistanı dəstəkləyərək Qarabağda separtizminin əsas himayədarı olduğunu açıq büruzə verir. Bununla da Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçilik legitimliyinə kölgə salıb”.

Politoloqun sözlərinə görə, Rusiyanın R.Vardanyanı Qarabağa göndərməsi proseslərdə böhranın dərinləşməsinə gətirib çıxarıb:

“Prezident İlham Əliyev Qarabağdakı etnik ermənilərlə danışıqlarda Rusiyanın göndərdiyi adamla dialoq qurulmayacağını açıq şəkildə ifadə etdi. Vardanyan Qarabağda yaşayan erməni deyil, Kremlin bölgəyə göndərdiyi emissardır. Rusiya R.Vardanyanı bura yerləşdirməklə Qarabağın oz nəzarətində olması mesajını verir”.

Politoloq rəsmi Bakının Qarabağ ermənilərinin nümayəndəsi olaraq kimlə danışa biləcəyi mövzusuna da toxunub:

“Azərbaycan Rusiyanın göndərdiyi şəxslə danışıqlar aparmayacaq. Azərbaycan Qarabağda Vitali Balasanyanla danışıqlar apara bilər. Qarabağda ermənilərlə müəyyən təmaslar məhz onun vasitəsilə baş tutub. V.Balasanyanın Azərbaycanla danışıqlar aparmaqda və konsensusa gəlməkdə təcrübəsi var. Azərbaycan tərəfi özü bildiyi və seçdiyi şəxslə dialoqda maraqlıdır”.

İnci

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button