Manşet

Kreml Baydenin danışıq təklifinə “yox” DEDİ – Peskov səbəbi açıqladı

“Əgər ABŞ-ın şərti Ukraynadan çəkilməkdirsə, Kreml danışıqlara hazır deyil”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Prezident Vladimir Putin təmaslara həmişə açıq olub və bundan sonra da belə olacaq”, deyə o əlavə edib.

Peskov həmçinin ABŞ prezidenti Co Baydenin yalnız Putin Ukraynanı tərk etdikdən sonra danışıqların mümkün olması barədə sözlərini də xatırladıb.

“Xüsusi hərbi əməliyyat davam edir. Amma təbii ki, maraqlarımızı təmin etmək üçün bizim də ən çox üstünlük verdiyimiz şey diplomatik yollardır”, deyə Kremlin sözçüsü söyləyib.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Co Bayden bildirib ki, Rusiya lideri Vladimir Putinlə gələcək təmaslar ABŞ və onun NATO tərəfdaşları arasında məsləhətləşmələr əsasında mümkündür. Ağ Ev rəhbərinin sözlərinə görə, o, Rusiya rəhbəri ilə “müstəqil əsaslarla” əlaqə saxlamaq niyyətində deyil.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button