Manşet

“Sizi “rus ayısı” ilə döyüşdə ölüm gözləyir…” – Medvedev Qərbi hədələdi

Ötən gün G-7 ölkələri, Avstriya və Avropa İttifaqı Rusiya neftinə qiymət tavanı barədə birgə qərar qəbul ediblər. Dekabrın 5-dən etibarən həm qiymət tavanı, həm də Avropa İttifaqının Rusiyadan neft alışının qadağan olunmasını nəzərdə tutan qərarı qüvvəyə minib. Rusiya neftinə qiymət tavanı olaraq 1 barel üçün 60 dollar müəyyənləşdirilib.

Qərara əsasən neft bazar qiymətindən azı 5 faiz ucuz alınmalıdır. Bazar qiyməti Beynəlxalq Enerji Agentliyinin məlumatları əsasında hesablanacaq. 2023-cü il yanvarın ortalarından başlayaraq Avropa İttifaqı bazardakı dəyişiklikləri nəzərə alaraq hər iki aydan bir qiymət məhdudiyyəti mexanizminə yenidən baxacaq.

Səs-küy yaradan bu qərarla bağlı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də fikirlərini bölüşüb. O, Qərb ölkələrini yenidən təhdid edib.

“Rusiya neftinin qiymət tavanını təsdiqləyən Qərb ölkələrini “rus ayısı” ilə qeyri-bərabər döyüşdə ölüm gözləyir. “Dostlarımızın” bu hərəkətləri mənə bir dəstə meşşanın kolbasa ilə araq içəndən sonra ilk dəfə buzlu suya giriməsini xatırladır. Onlardan bəziləri boğulacaq”, – Medvedev teleqram kanalında yazıb.

Qurum rəsmisinin sözlərinə görə, Qərbin hərəkətləri ucbatından neftin qiymətlərində “ağılsız bir şey” baş verəcək və bu, istehlakçılara yaxşı heç nə vəd etmir. O, həmçinin qeyd edib ki, Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək cəhdləri ya məhsulun yoxa çıxması, ya da onun bahalaşması ilə nəticələnir.

Qeyd edək ki, Rusiya hakimiyyəti, eləcə də xarici analitiklərin fikrincə, son qərar enerji alıcılarının özlərinə ziyan vuracaq.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button