Manşet

Rusiya sülhməramlıları ilə İTV əməkdaşının qarşıdurması – “İmkan vermədilər…” + VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.

İTV-nin Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

Təəssüf ki, sözügedən müzakirələri media nümayəndələri izləyə bilməyəcək. Çünki ərazidə olan sülhməramlılar jurnalistlərin Xocalıya keçidinə maneə yaradıb. Media təmsilçiləri israrla əraziyə keçməyə cəhd etsələr də, sühməramlılar onları əraziyə buraxmayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button