Manşet

Xədicə İsmayılın lehinə ifadə verən Tural yoxa çıxıb: Telefonuna zəng çatmır, Facebook profili deaktiv edilib

Xədicə İsmayılın lehinə ifadə verən Tural yoxa çıxıb: Telefonuna zəng çatmır, Facebook profili deaktiv edilibAzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın məhkəməsində verilən ifadələr, baş verən proseslər cəmiyyətin diqqət mərkəzindədir. Son olaraq xanım jurnalistin həbsinə səbəb olan gənc jurnalist Tural Mustafayevin məhkəmədə verdiyi ifadə bütün sual işarələrinə son qoydu. Belə ki, T.Mustafayev ifadə verərkən bildirib ki, X.İsmayılın onun intihar cəhdinə bağlılığı yoxdur. Onun sözlərinə görə, öz nişanlısı ilə mübahisədən sonra bu addımı atıb. Eyni ifadəni T.Mustafayevin atası Bulud Mustafayev də təsdiqləyib. O da deyib ki, oğlunun daha öncəki intihar cəhdində X.İsmayılın hər hansı rolu olmasından xəbərsizdir.

Amma məhkəmədə ifadə verənlər arasında istintaqın toruna düşənlər də olub. Belə ki, T.Mustafayevlə eyni evdə qalan jurnalist Cavid Abdullayevin istintaqa verdiyi ifadə elan edilərkən məlum olub ki, sonuncu T.Mustafayevin ona vaxtilə “mən hara gedirəmsə, Xədicə məni işdən çıxartdırır” dediyini bildirib. İstintaqa verdiyi bu ifadə elan ediləndən sonra C.Abdullayev deyib ki, bu ifadəni təsdiqləmir, çünki onu oxumadan imzalayıb. Amma ekspertlər ehtimal edir ki, məhkəmə bu sayaq işlərdə olduğu kimi yenə də istintaqa verilən ifadəni əsas götürəcək.

Tural Mustafayevin keçmiş həyat yoldaşı Şəfa Mustafayeva da ifadəsində əvvəllər münasibətlərinin yaxşı olduğunu, lakin Tural Bakıya gedəndən sonra aralarında problem yarandığını, Tural Rövşanə ilə nişanlanandan sonra isə boşandıqlarını deyib. Bununla da X.İsmayılın üzərindən “Turalın ailəsini dağıdan adam” damğası götürülüb.

İndiki məqamda isə əsas sual işarəsi T.Mustafayevlə bağlıdır. Çünki məhkəmədə X.İsmayılın lehinə ifadə verəndən sonra bu gənci “gördüm” deyən yoxdur. T.Mustafayevin telefonlarına zəng çatmır, facebook ünvanı isə deaktiv edilib. “Yeni Müsavat” xatırladır ki, T.Mustafayev hazırlıq iclasına gələndə də jurnalistlərə “məni vaxtilə oğurlayan şəxslər də indi burdadır. Onlar özlərini mənə burda tez-tez göstərərək, mənəvi təzyiq göstərirlər” demişdi. İndiki məqamda isə istintaqın planını pozaraq xanım jurnalistin lehinə ifadə verən T.Mustafayevin həbs ehtimalı güclüdür. Onun hansısa formada cəzalandırılacağı istisna deyil.

Əldə etdiyimiz məlumata görə, T.Mustafayevin ilk günlər istintaqın xəttinə uyğun addımlar atması təsadüfi olmayıb. Müstəntiq səviyyəsində ona keçmiş nişanlısı Rövşanə ilə barışdırılacağı vədi verilib. Bütün arzusu keçmiş nişanlısı ilə yenidən bir araya gəlmək olan T.Mustafayevə isə son anda rədd cavabı verilib. Ancaq bundan sonra gənc jurnalist də mövqeyini kəskin surətdə dəyişib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button