Manşet

“Kredit qalmaqalı”nda yüksək vəzifəli məmurlar “vurula” bilər

“Kredit qalmaqalı”nda yüksək vəzifəli məmurlar “vurula” bilərHəbslər dalğası Cahangir Hacıyevdən iri məbləğli kreditlərin xahişini edən məmurlara çatır

Iş adamı Hacı Ibrahim Nehrəmlinin rəhbəri olduğu “Avesta” konsernində baş mühasib vəzifəsində çalışan Vaqif Bağırov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham elan olunub. Ölkədə olmadığına görə onun qırmızı xətt üzrə axtarışına qərar verilib. Anketdə qeyd edilib ki, Vaqif Bağırov Azərbaycan dili ilə yanaşı, rus dilini də yaxşı bilir.

Bir müddət əvvəl Azərbaycandakı bəzi KIV-lə əlaqə saxlayaraq Hacı Ibrahimlə bağlı iddialar irəli sürən Vaqif Bağırov Afrikada yaşadığını deyib.

Vaqif Bağırovun Bakıda tikilmiş binalarda vətəndaşlara satılmış mənzillərin digər şəxslərə satması iddia edilir(lent.az).

Bəzi məlumatlarda isə onun da “kredit qalmaqalı”na görə həbs olunması barədə qərar verilib.

Bir gün əvvəl isə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı, iş adamı Ismayıl Hidayətzadənin həbsi barədə xəbər yayılıb. Xəbərdə deyilir ki, Ismayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur. Ismayıl Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. Istintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.

Ismayıl Hidayətzadənin DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanıldığı bildirilir.

“Azadlıq”a daxil olan məlumata görə, “kredit qalmaqalı”na görə həbs dalğasının artıq oliqarxların yaxın ətrafına çatması göstərir ki, “yuxarılar” bu məsələdə heç bir güzəştə getmək niyyətində deyil. Əksinə, növbəti mərhələdə iri məbləğli kreditlərin xahişini edən yüksək vəzifəli məmurlar cəzalandırıla bilər. “Azadlıq” hələ ötən saylarında məlumat vermişdi ki, 7 yüksək vəzifəli məmur Cahangir Hacıyevdən iri məbləğli kreditlərin xahişini ediblər. Bu, Beynəlxalq Bankla bağlı araşdırmalar başlanarkən bəlli olub. Cahangir Hacıyev həmin məmurların və onların xahişini etdiyi şəxslərin siyahısını ölkə başçısı Ilham Əliyevə təqdim edib. Ölkə başçısı dərhal həmin məmurları yanına çağıraraq onlardan izahat istəyib. Məmurlar götürülən kreditlərə qarant durduqları və tezliklə pulların geri qaytarılacağı barədə ölkə başçısına söz veriblər. Məlumatda deyilir ki, Ilham Əliyev həmin məmurlara pulların qaytarılması üçün konkret vaxt qoyub. Əgər deyilən müddətdə pullar geri qaytarılmazsa, bu məmurlar ən yaxşı halda vəzifələri ilə vidalaşaraq əmlaklarının bir hissəsindən imtina etməli olacaqlar.

Məlumatlara görə, Ilham Əliyevin həmin məmurlara qoyduğu müddət bitmək üzrədir. Lakin hələ ki, pullar qaytarılmayıb. Bu isə yaxın vaxtlarda həmin məmurların da hədəfə gələcəyini deməyə əsas verir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button