Manşet

“Görəvimi yarımçıq buraxıb qaçası olsam…” – Səfirimizdən gözlənilməz açıqlama

Ötən ilin mayında Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Vilayət Quliyev sosial şəbəkədəki şəxsi səhifəsində maraqlı paylaşım edib.

Diplomat aşağıdakı xatirəsini bölüşüb:

“1992-ci ildə müsafir öyrətim üyəsi kimi Ərzurum Atatürk universitetində işləyirdim. Yollar yenicə açılmışdı. Müəllimlərdən bir neçəsi Azərbaycana getmişdi. Qayıdandan sonra biri məni kənara çəkib dedi:

-Xocam, memleketiniz gercekten çok güzel. Amma iki büyük sorununuz var: biri Yukarı Karabağ, o biri tuvaletleriniz”.

V.Quliyev ardınca əlavə edib: “İndi o müdrik kişinin sözü olmasın – Bosniya gözəl ölkədir. Amma iki böyük sorunu var: biri yolları (aydın məsələdir ki, dağlarda hayvey çəkmık asan məsələ deyil), o biri siqaret – uşaqlı-böyüklü, qocall-cavanlı, qadınlı-kişili hamısı hər yerdə – işdə, evdə, kinoda, restoranda, hətta ticarət mırkəzlərində siqaret tüstülədirlər. Bir gün görəvimi yarımçıq buraxıb qaçası olsam – səbəb siqaret tüstüsü olacaq!”

musavat.com

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button