Manşet

“Yaxın saatlarda elan ediləcək, tanklar…” – ABŞ rəsmisindən Ukraynanı sevindirəcək AÇIQLAMA

“Leopard 2” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı xəbər Almaniyadan yaxın günlərdə, hətta bu saatlarda gələ bilər.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Bunlar Almaniya və Polşa rəsmilərinə verləcək suallardır. Ümumyyətlə bütün müttəfiqlərimizlə müzakirə edilməli məsələdir. Yaranan xəbərləri nəzərə alaraq, hiss edirəm ki, yaxın saatlarda və ya günlərdə Almaniyadan bununla bağlı xəbərlər eşidəcəyik”, – deyə Prays qeyd edib.

Ağ Evin nümayəndəsi bildirib ki, Qərb ölkələri arasında Ukraynanı silahla təmin etmək məsələsində ayrıseçkilik yoxdur.

Onun sözlərinə görə zirehli texnikaların Ukrayanaya göndərilməsi bu ölkənin müstəqilliyinin şübhə altına alınması anlamına gəlməməlidir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button