Netanyahudan Ukraynanı sevindirəcək açıqlama – Zelenski müharibə başlayandan bunu istəyirdi

İsrailin Baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibə verib.
Savash.org xarici mətbuata istinadən xəbər verir ki, İsrail hökumətinin başçısı gündəmdə olan mövzularla bağlı sualları cavablandırıb.
Müsahibə zamanı Netanyahudan İsrailin Ukraynaya “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemlərini verib, verməyəcəyi soruşulub.
Baş nazir əvvəlki hökumət rəhbərindən fərqli olaraq Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini bildirib:
“Ukraynaya “Dəmir Qübbə” verilməsi məsələsini mütləq şəkildə nəzərdən keçirirəm”.
ABŞ-ın İsraildən Kiyevə silah göndərdiyinə diqqət çəkən Netanyahu Rusiyanın Ukraynada istifadə etdiyi İran silahları barədə də danışıb:
“ABŞ sursatının bir hissəsini buradan (İsraildən) Ukraynaya köçürdü. Mən təfərrüata varmayacağam, lakin İsrail Ukrayna müharibəsində də istifadə edilən İran silahlarının istehsalına qarşı hərəkət keçir”.
Çağatay