Manşet

Bakıda anasının sevgilisi tərəfindən öldürülən 14 yaşlı qızın görüntüsü yayıldı – FOTO/VİDEO

Fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində anasının qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən bıçaqlanaraq ölən 14 yaşlı qızın fotoları yayılıb.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatova 1981-ci il təvəllüdlü Zaur Babayev tərəfindən bıçaqlanıb.

Həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu müəyyən olunaraq saxlanılıb.

Savash.org xatırladır ki, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib.

O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.

Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button