Manşet

Eldar Əzizov və daha üç icra başçısı işdən çıxarıldı, yeni təyinatlar oldu

Eldar Əzizov və daha üç icra başçısı işdən çıxarıldı, yeni təyinatlar olduPrezident İlham Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifədən azad olunması barədə sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəc oğlu Fərəcov bu vəzifədən azad olunaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Nəsib Məhəmməd oğlu Məhəməliyev isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov bu vəzifədən azad olunaraq Nəsimi Rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbayel Rayon İcra Hakimiyyətinin başçısı təyin olunublar.

İlham Əliyevin başqa bir sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, buna qədər Abşeron RİH başçısının I müavini vəzifəsində çalışıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button