Manşet

Nərmin Şahmarzadə Bəxtiyara “od püskürdü”: “Biri ona başa salsın ki…”

Azərbaycandakı feminist hərəkatının fəalları Bəxtiyar Hacıyevin onların görüntülərini çəkməsinə görə etiraza başlayıb.

Etiraz edənlərin arasında Bəxtiyar hacıyevin qurbanlarından biri olan tanınmış feminist aktivist Nərmin Şahmarzadə də var.

O, görüntülərini çəkib özündə saxladığına görə Bəxtiyar Hacıyevi tənqid edib:

“Profilim “hack”lənəndən sonra köhnə yazışmalardan tut, təzəyə qədər hər şeyi sildim. Əvvəl düşünürdüm ki, hakimiyyət nə etsin profilimi. Bunu başa düşmək çətin olmadı ki, siyasi fəalların-aktivistlərin profilləri hər an “hack”lənə bilər və yazışmaları silmək lazımdır.

Daha sonra Nərmin Şahmarzadə Bəxtiyar Hacıyevə müraciət edərək, iradını bildirib:

“Əgər adam bu qədər şeydən sonra o qədər yazışmaları saxlayıbsa, qadınları təhlükəyə atmağı gözə alıbsa, bunun qarşısını da almağa borcludur. Biri gedib ona (Bəxtiyar Hacıyevi nəzərdə tutur) başa salsın ki, onun kolleksiya fantaziyalarına görə nə qədər qadın hədəfə alınıb”.

Nərmin Şahmarzadənin bu açıqlamasına digər aktivistlər “oyun bitdi Nərmin. Bəxtiyar da məğlubdu, onu müdafiə etdiyimiz üçün biz də. Ağzımızı açan kimi söyüb ortalığa fakt qoyurlar, haqsız da deyillər”, – deyə dəstək veriblər.

7times.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button