Manşet

İmamoğlu seçkilərə qatılmayacağını açıqladı, namizədinin ADINI ÇƏKDİ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyədə mayın 14-ü keçirilməsi planlaşdırılan prezident seçkilərində namizəd olaraq adının hallanmasına münasibət bildirib.

İmamoğlu bu barədə “Halk TV”də qatıldığı proqramda danışıb.

İmamoğlunun sözlərinə görə, onun prezident seçkilərində namizəd olması məsələsi gündəmdə deyil: “Hər CHP-linin (Cümhuriyyət Xalq Partiyası) namizədi partiya sədridir. Mənim də namizədim partiya sədri Kamal Kılıçdaroğludur”.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” toplantı keçirib. İclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button