Manşet
Bakı metrosunda terror törədiləcəyi barədə səsyazısı yayıldı – DİN reaksiya verdi

Sosial şəbəkələrdə Bakı metrosunda terror aktının törədiləcəyi barədə səsyazısı yayılıb. Səsyazısında yaxın günlərdə metroda terror aktının baş verəcəyi iddia edilib və kimliyi bəlli olmayan şəxs vətəndaşları mümkün qədər metrodan istifadə etməməyə çağırıb.
Modern.az insanlar arasında təşviş yaradan səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənib.
DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, sözügedən səs yazısı araşdırılır.