“Arada ülkücü damarı tutur…” – Kılıçdaroğlu Akşenerə təşəkkür etdi + VİDA NİTQİNİN MƏTNİ

Türkiyə müxalifətinin Millət İttifaqı tərəfindən prezidentliyə namizəd göstərilən Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Partiyasının parlamentdəki fraksiyasının toplantısında sonuncu dəfə CHP lideri kimi çıxış edən Kılıçdaroğlunun çıxışı qısa çəkib.
“Bu gün çox qısa danışacam. Bu gün bu kürsü ilə vidalaşmaq üçün buradayam. Bunları demək mənim üçün asan deyil”, – CHP sədri deyib.
Kılıçdaroğlunun “Altılıq Masası”ndan ayrılaraq üç gün sonra geri dönən İYİ partiya sədri Maral Akşənərlə bağlı sözləri də diqqət çəkib:
“Meral xanım cəsarətlidir, böyük mübarizələr aparır. Yeri gələndə masaya yumruq vurmağı da çox gözəl bilir. İstəyirəm ki, bütün dostlarım bilsinlər ki, mən ona minnətdaram. İlk fikir ayrılığında onu tanımayanlar deyilməməli olan sözlər dedilər. Vallah heç tanımırsınız. Arada ülkücü damarı tutur, bunu çox yaxşı bilirəm”.
Kılıçdaroğlu İstanbul və Ankara şəhərlərinin bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaş haqqında bunları deyib:
“Mən bunu bu kürsüdə demişdim, düz qarşımda oturmuşdu. Əkrəm İmamoğlu övladımdır. Uzun illər çiyin-çiyinə olduğumuz, bir-birimizə qayğı göstərdiyimiz, qoruduğumuz, ən çətin anlarda bir-birimizdən güc aldığımız dostum Mansur Yavaşdır”.
teleqraf.com