Şeyxin bacısı oğlu vuruldu? – Bakıdakı atışma ilə bağlı ŞOK İDDİA

Bakı Dövlət Sirkinin yanında baş verən atışma hadisəsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.
İddia olunur ki, atışmada vurulanlardan biri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur. Qətlin sifarişçisi kimi krimnal avtoritet Nicat Lənkəranlı olduğu söylənilir. O, “brilyant” ləqəbiylə tanınır. İddiaya görə, Türkiyədə yaşayır.
Qeyd edək ki, silahlı insident nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
QMİ sədrinin qardaşı, millət vəkili Cavanşir Paşazadə isə açıqlamasında xəbəri təkzib edib:
“Bacım oğlanlarından heç biri silahlı insident zamanı orda olmayıb. Bu xəbər əsassızdır”.
sherg.az