Manşet

CHP-dən sui-qəsd bəyanatı: “Kılıçdaroğlu zirehli maşından imtina etdi, cangüdənlər…”

Türkiyənin müxalifət alyansının (Millət İttifaqı) prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğluya sui-qəsd ediləcəyinə dair xəbərlər yayılıb.

Savash.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə CHP sədrinin müavini Özgür Özəl məlumat verib.

O, bildirib ki, Kamal Kılıçdaroğlu da bundan xəbərdardır:

“Sui-qəsd təşkil ediləcəyi ilə bağlı bizə və CHP sədri Kamal Kılıçdaroğluya da məlumatlar çatıb. Təbii ki, bunlar seçkiləri qorxu atmosferində keçirmək məqsədi daşıyır. K.Kılıçdaroğlu hal-hazırda normal xidməti avtomobilində gəzir. Bir müddət əvvəl bir nazirin zirehli maşının göndərmək istədilər, ancaq Kamal Kılıçdaroğlu bundan imtina etdi. Cangüdənlərinin sayında da artım yoxdur. Hər şey əvvəlki qaydada davam edir”.

Özgür Özəl qeyd edib ki, sui-qəsd təhdidləri ilə bağlı təhlükəsizlik qüvvələrində də məlumat var:

“Bu barədə təhlükəsizlik qüvvələri də bilir. Bizə gələn kəşfiyyat məlumatının onlarda olmaması mümkün deyil”.

Çağatay

Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button