Manşet
“İranın hərbi təyyarəsi Zəngilandan Biləsuvara qədər…” – Səfir XİN-ə çağırıldı, Azərbaycan nota verdi

Azərbaycan İrana nota verib.
“SAVAŞ” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub.
Qeyd edək ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.