Manşet

Müxalifətçi oğlundan imtina edən ata:: \”Övladımdan əl çəkdim-hökumət də bizdən əl çəksin\”

Müxalifətçi oğlundan imtina edən ata:: "Övladımdan əl çəkdim-hökumət də bizdən əl çəksin"Müxalifət fəalının atası oğlundan imtina etdiyini bildirir.

Bu haqda dünən ölkə mətbuatında yayılan xəbərdə R.Mürsəlovun ailəsi və qohumları gənc fəaldan imtina etdiyini bildirmişdi.

Həmçinin imtina ərizəsində onun ailəsi ilə birgə qeydiyyatda olduğu evdən də çıxarılması istənilmişdi. Müraciət DİN, MTN, Ombudsman və Prezidentin adına ünvanlanmışdı.

Bu gün ata Maarif Mürsəlov Amerikanın Səsinə audio müsahibə verib.

“Heç kəs övladından imtina etməz. Amma bizi çox narahat edirlər. Bütün qohum qardaşımızı narahat edirlər. Ona görə məcburən övladımdan imtina etdim ki, bizdən əl çəksinlər. Ya da mən də Azərbaycanvətəndaşlığından imtina edib getməliyəm. Mən bu qoca yaşımda hara gedim”. Bu barədə bu günlərdə oğlu Rəsul Mürsəlovdan imtina etmiş Maarif Mürsəlov Amerikanın Səsinə müsahibəsində bildirib.

Müxalifət fəalı Rəsul Mürsəlov 2012-ci il iyulun 18-də saxlanılıb və barələrində “sərhədi qanunsuz keçmə” maddəsi ilə cinayət işi açılıb.

Rayon məhkəməsinin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. 2014-cü il yanvarın 25-də həbsdən azad edilən Mürsəlov təzyiqlərlə üzləşdityini bildirib. Mürsəlov təzyiqlərdən sonra Grücüstana keçib, orada barəsində yenidən cinayət işi qaldırıldığını öyrənib və Ukraynaya gedib.

Rəsul Mürsəlov heç bir qanunsuz əməli etmədiyini, həbsinin və sonradan ona qarşı qaldırlan cinayət işinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Müxalifət fəalının atası Maarif Mürsəlov Amerikanın Səsinə bildirib ki, hüquq mühafizə orqanlardan gələrək oğlunun yazdıqları yazılara görə ailəsinə və qohumlarına təzyiqlər edirlər.

“Onlara deyirəm, oğlumu 18 yaşınadək böyütmüşən, əsgərliyini çəkib. İndi onu hökumət bu duruma gətirib. Oğlum nə deyirsə, düz deyir”.

O, təzyiqlərdən danışarkən insanların azadlıq hüququnun tapdandığını bildirib.

“Oğlum azad söz dediyinə görə gəlib atanı, valideyni, qohumları incidirlər. Ona görə, oğlumdan imtina etmişəm”.

Maarif Mürsəlovun dediyinə görə, qohumlarını işdən azad ediləcəkləri ilə hədələyirlər.

“Qohumların nə təqsiri var. Otuz yaşlı bir vətəndaşın söz deməyə ixtiyarı çatmır? Qohumlarının nə təqsiri var. Uşaq vətənini də atıb gedib, sürgündədir. Məni də sürgün etmək istəyirlər, mən də çıxım gedim? Qohum-qardaş da getsin? Qoysunlar rahat yaşayaq!”, o qeyd edib.

Ata hökumətə də müraciət edib.

“Mən övladımdan əl çəkdim. İndi hökumət məndən əl çəksin. Qoysun rahat yaşayaq, rahat ölək. Onsuz da hökumətdən bizə başqa xeyir dəyməyib”, Maarif Mürsəlov qeyd edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button