Manşet

Ərdoğan tərəfdarı olan məşhur aktyor Kılıçdaroğlu və İmamoğludan ÜZR İSTƏDİ – FOTO

Türkiyəli aktyor və rejissor Recep Terzi Türkiyə müxalifət alyansının prezidentliyə vahid namizədi və Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğludan və İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğludan üzr istəyib.

Savash.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğana simpatiyası və iqtidara yaxınlığı ilə bilinən tanınmış aktyor bu barədə tvitter hesabından paylaşım edib.

“Başda Əkrəm İmamoğlu olmaqla cənab Kamal Kılıçdaroğludan, incitdiyim və qəlbini qırdığım bütün pərəstişkarlarımdan üzr istəyirəm. Üzrümün bu tvitlə qəbul olunmasını diləyirəm”.

Xatıqladaq ki, Recep Terzi 2020-ci ildə Əkrəm İmamoğlu COVID-19-a yoluxan zaman paylaşım edərək ona ölüm arzulayıb:

“Allahım, hər tvitimdən şikayət edən, məni məhkəməyə verən və təhdid edən Əkrəm İmamoğluya şəfa vermə, qoy ölsün”.

Bu paylaşımına görə, sosial şəbəkə istifadəçilərinin kəskin tənqidinə tuş gələn Recep Terzi daha sonra “Əkrəm İmamoğlu mənə kişi kimi davrandımı ki, onun üçün sağlamlıq diləyim, adam olaydı,  indi sağlamlıq diləyərdim” yazıb.

Qeyd edək ki, R.Terzi “Kurtlar Vadisi”,  “Muhteşem Yüzyıl”, “Medcezir” kimi bir çox məşhur seriallarda çalışıb.

Çağatay

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button