Manşet

Milli Məclisdə “qara camaat” mübahisəsi – Spiker deputata ETİRAZ ETDİ

“Gücümüz ancaq pensiya alanlara çatır”. 

Savash.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

“Qeyd olunur ki, 2009-cu illə müqayisədə pensiya alanların sayı 160 min nəfər azalıb. 2017-ci illə müqayisədə pensiya xərclərinə 207 milyon manat qənaət etmişik.  Ölkədə yaşayan əhaliyə məhsulları Avropadakı kimi satırıq, amma xalqa verilən vəsait Avropada olduğu kimi deyil. Biz nə vaxta qədər bu xalqa qara camaat kimi davranacağıq. Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xaiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin”.

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavabında bildirib ki, başda Prezident olmaqla heç kim əhaliyə qara camaat kimi baxmır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button