Manşet

“Təsəvvür edək ki, Putin Almaniyaya gedib və onu həbs ediblər…” – Medvedevdən AÇIQLAMA

Almaniyanın ədliyyə naziri bildirib ki, əgər Putin Almaniyaya gəlsə, biz onu həbs edəcəyik. O, guya hüquqşünasdır. 

Savash.org xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, bu qərarın icra olunması Rusiyaya qarşı müharibə elan etmək demək olacaq:

“Təsəvvür edək ki, bu, reallaşıb. Nüvə nəhənginin dövlət başçısı Almaniya ərazisinə gəlib və həbs olunub. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etmək deməkdir. Belə olsa, bizim bütün vasitələrimiz, raketlərimiz Bundestaqa, kanslerin ofisinə gedəcək” 

Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button