Putin daha Ermənistana getməyəcək? – Peskov onun Yerevanda həbs ehtimalından danışdı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Ermənistana səfər edəcəyi təqdirdə həbs oluna biləcəyi ehtimalı ilə bağlı sualı cavablandırıb.
Savash.org xatırladır ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.
Bundan öncə isə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
İndi isə sual yaranır: Rusiya prezidentini Ermənistana səfər edəcəyi təqdirdə bu ölkədə həbs oluna bilərmi? Kremldə bu ehtimalı necə qiymətləndirirlər?
Peskov məsə ilə bağlı jurnalistlərin sualını cavablandırıb. O, bu məsələnin hələ rəsmi Yerevanla müzakirə olunmadığını deyib.
“Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik”, – deyə D.Peskov bildirib.