Manşet

Rusiya MN Azərbaycan ordusunun irəlilədiyini təsdiqlədi, Bakıdan bunu TƏLƏB ETDİ

Azərbaycan ordusunun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etməsini terrorçu rejimin ardınca Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

Savash.org xəbər verir ki, Qarabağdakı Rusiya hərbçilərinin komandanlığına istinad edən Rusiya MN Azərbaycan Silahlı Qüvvələrinin “yüksəkliyi ələ keçirərək postu təchiz etməyə başladığını” açıqlayıb.

Bildirilir ki, Azərbaycan ordusu Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləyib və istehkam işlərini həyata keçirib.

Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, RHK komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısını almaq üçün tədbirlər görür”.

“Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb”  -məlumatda belə bir cəfəng iddia öz əksini tapıb.

Əlavə olunub ki, atəşkəs rejiminin bir dəfə pozulması Xocavənd (Rusiya MN bu dəfə də “Martuni” yazıb-M.) rayonu ərazisində də qeydə alınıb. İtki yoxdur, araşdırma aparılır.

Musavat.com

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button