Manşet

Məmmədyarov üçün yolun sonu: Daha bir diplomat Qərbdən sığınacaq istədi

Məmmədyarov üçün yolun sonu: Daha bir diplomat Qərbdən sığınacaq istədiAzərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib. AzNews.az xəbər verir ki, konsul vəzifəsindən kənarlaşdırılandan sonra, Bakıya, Xarici İşlər Nazirliyinə dəvət olunub. O, isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.
Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, “üsyankar diplomat” Arif Məmmədovla çox yaxın münasibətlərinin olmasıyla bağlıdır.
arif_3je5Uo5M2Belə ki, işdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostuyla əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işiylə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də, ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.
Saytımıza daxil olan məlumata görə, Nahid Cəfərovla Arif Məmmədov həqiqətən də vaxtilə yaxın dost olublar və hətta bir yerdə çalışıblar.
Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az-a açıqlamasında faktı nə təkzib, nə də təsdiq etdi. Bildirdi ki, məsələdən xəbərsizdir: “Bununla bağlı suala dəqiq cavabı bazar ertəsi verə bilərəm”.
Səfirliklə əlaqə saxlamaq cəhdlərimiz isə boşa çıxdı. Şənbə günü olduğundan telefonlarımıza cavab verən tapılmadı.
Xatırladaq ki, Arif Məmmədov iyun ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırılıb. Onun vəzifədən çıxarılmasına səbəb kimi “Facebook” sosial şəbəkəsində mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı üsyankar statusla çıxış etməsi göstərilir. Səfir postundan geri çağırılan Arif Məmmədovun Norveçdən sığınacaq istəyib. Onun haqqında, cinayət işi açılıb.
Bundan əlavə, A.Məmmədov məsələsindən sonra bir neçə azərbaycanlı diplomat işdən çıxarılıb. Onlar arasında Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da var.
A.Həsənov da bir neçə gün əvvəl Avstraliyadan sığınacaq istəyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button