Manşet

Borclular birləşib pul sahibini həbs etdirdi-BAKIDAKI ŞOK OLAYIN TƏFƏRRÜATI

Borclular birləşib pul sahibini həbs etdirdi-BAKIDAKI ŞOK OLAYIN TƏFƏRRÜATIKeçmiş həbsxana rəisi və məktəb direktorunun adı hallanan sensasiyalı olayın təfərrüatı

Ağır onkoloji xəstə olan məhbus qadının ailəsi dövlətdən kömək istəyir

\”Ağır onkoloji xəstə olan bacım Ceyran Rüstəmova şərlənərək həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd) maddələri ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Bu il iyulun 22-dən etibarən azadlıqdan məhrum edilən bacım kimsədən pul almayıb, əksinə 12 nəfərə borc verib. Yəni Ceyran onu şərləyib həbs elətdirənlərə borca pul verib. Borcla bağlı notarial qaydada kredit və ipoteka müqaviləsi imzalanıb. Borcun ödənilmədiyini görəndə isə bacım həmin şəxsləri məhkəməyə verib və iddiası təmin olunub. Daha sonra narazı qalan qarşı tərəf (borc alanlar) apellyasiya və kassasiya şikayəti versə də, qərarlar yenə bacımın xeyrinə verilir. Qərar icra olunmağa başlayıb\”.

Bu barədə Ceyran Rüstəmovanın bacısı Kəmalə Rüstəmova \”Bizim Yol\” qəzetinin əməkdaşına bildirib.

O deyib ki, məhkəmədən əlləri üzülən borclu şəxslər bacısını dələduzluqda ittiham edərək, onun barəsində prokurorluğa müraciət ediblər: \”Bakı şəhər sakinləri Ceyran Rüstəmova, Reyhan Hüseynova və Mətanət Gülməmmədova ayrı-ayrı vaxtlarda öz tanışları olan 12 nəfərə müxtəlif məbləğlərdə evlərini ipoteka yüklü etməklə onlara notarial qaydada faizsiz borc pul veriblər.
Həbsdə olan bacım və digər təqsirləndirilənlər 2 il əvvəl şəhərin 28 May küçəsində sökülən evlərinə görə kompensasiya alıblar. Həmin puldan da notarial qaydada borc veriblər. Borc verənlə borc alan arasında müqavilə imzalanıb.

Borc verdikləri 12 nəfər Bakı şəhər sakininin adları belədir: Məmmədov Bəxtiyar Lətif oğlu, Abdulov Rəşad Rafiq oğlu, Babayev Elşad Eyyub oğlu, Sadıxova Səkinə Fərrux qızı, Əliyeva Bahar Nadir qızı, Şükürova Gülnarə Aslan qızı, Kərimova Mehriban Yafəz qızı, Rəhimov Ələkbər Səftər oğlu, Murquzov Muxtar Məmmədəli oğlu, Bəkirova Sevda Mirqiyas qızı, Yaqubova Səriyyə İsa qızı və İbrahimov Xaləddin Əli oğlu.

Onlardan yalnız üç nəfər-Sevda Bəkirova, Səriyyə Yaqubova və Xaləddin İbrahimov bu gün də etiraf edirlər ki, onlar bacımdan müqaviləyə əsasən borc pul alıblar və qaytaracaqlar.

Bacımın şərlənərək həbs olunmasının planını borclulardan olan Səkinə Sadıxova hazırlayıb. Belə ki, o digər borcluları da taparaq şərləmə kampaniyasını təşkil və icra edib. Səkinə onlara deyib: \”Onsuz da bütün məhkəmələri uduzmusunuz, hər şey əlinizdən çıxıb, gəlin Ceyrandan şikayət edin, pulu verməyin\”. Bundan sonra həmin borclular cəmləşərək dəfələrlə prokurorluğa şikayət yazdılar. İki nəfər hətta prokurorluğun qarşısında özünü yandırmağa cəhd etdi. Belə olan halda prokurorluq cinayət işi açdı, bacım həbs olundu. Bu gün bacımın həbsdə olmasına səbəb məhz Səkinədir. Səkinə Sadıxova, Gülnarə Şükürova və Bahar Əliyeva notarial qaydada ərizə yazaraq Baş Prokurorluğa və digər qurumlara göndəriblər. Bacıma da saxta ittiham elan elədilər ki, guya Ceyran borcluları aldadaraq notariusa aparıb, müqavilələr imzalatdırıb, sonra məhkəməyə verməklə onların əmlakını ələ keçirib. Əgər dələduzluq olubsa, gərək bütün müqavilə bağlayanlar, notarius əməkdaşları, bankişçiləri və məhkəmə hakimləri də həbs olunsunlar\”.

K.Rüstəmova dedi ki, özünü prokurorluğa zərərçəkən kimi təqdim edən həmin borclular arasında müəllimlərin adına kredit götürən 171 saylı məktəbin keçmiş direktoru İradə Murquzova da var: \”Adı kredit qalmaqalında hallanan İ.Murquzova bu ilin sentyabr ayında tutduğu vəzifədən azad edilib. İradə qardaşı Muxtarın evini girov qoyub, bacımdan pul götürüb. İradəni bacım makler vasitəsilə tanıyıb, ona da pul verib.

Bacıma borcu olduğu halda özünü prokurorluğa zərərçəkmiş kimi təqdim edən Mehriban Kərimova Ağır Cinayət Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinən şəxsdir.

Bəs Səkinə Sadıqova kimdir? Səkinə həyat yoldaşı ilə birgə bir şəxsi işə düzəltmək üçün birindən 30 min alan və Yasamal Rayon Polis İdarəsində onun barəsində cinayət materialı olan şəxsdir. Səkinənin həyat yoldaşı vaxtı ilə cəzaçəkmə müəssisəsində rəis işləyən Bakı Şəhər prokuroru ilə yaxın dostluq əlaqəsi var.

Xəstə bacımın ömrünə az günlər qalır. Prokurorluqda isə mənə deyirlər ki, çox tez-tez müraciətlər yazıb işimizi artırma, şablon cavab yazmaqdan yorulduq, onsuz da yazdığını oxuyan olmur.
Bizdə olan məlumata görə, adı zərərçəkən kimi keçən Səkinə Sadıxovanın vaxtilə cəzaçəkmə müəssisənin rəisi işləmiş əri Fikrətlə Bakı Şəhər Prokurorluğunun müavini Azər Əsgərov, eləcə də prokurorluğun istintaq idarəsinin müstəntiqləri Cavid Abbasov və Asəm Səfərəliyev tanışdırlar.
Bu ilin sentyabrın 12-də məhkəməyə bacımın ev dustaqlığına buraxılması üçün vəsatət verdik. Prokuror hakimdən verdiyimiz vəsatətin təmin olunmamasını istədi. Hazırda bacım Penitensiar Xidmətin müalicə müəssisəsində olsa da, müalicəsini orada davam etdirə bilmir, çünki kimya terapiyası almalıdır. Bacımın 50 yaşı var, Türkiyədə əməliyyat olunub, süd vəzləri götürülüb, həbs olunması ilə əlaqədar kimyəvi terapiyasını yarımçıq saxlayıb, heç bir qida, dərman qəbul etmir\”, deyə Kəmalə Rüstəmova bildirdi.

Onun sözlərinə görə, o Baş Prokuror Zakir Qaralovun, onun birinci müavini Rüstəm Usubovun qəbulunda olub: \”Hər iki şəxs mənə bildirdi ki, müraciətimiz ədalətli şəkildə araşdırılacaq. Mən baş prokurorun qanunların aliliyinə hörmətlə yanaşacağına ümid edirəm\”.

Ramid İBRAHİMOV

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button