Manşet

Bakıya gətirilən yeni avtobuslar necə olacaq? (VİDEO)

Bakıya gətirilən yeni avtobuslar necə olacaq? (VİDEO)Bakıya artıq 50 yeni avtobus gətirilib. ANS TV-nin məlumatına görə, bu ilin sonu, gələn ilin əvvəlindən isə bu avtobusları paytaxt küçələrində görmək mümkün olacaq. Yeni avtobuslar öz geniş salonu və rahat oturacaqları ilə əvvəlkilərdən fərqlənir.

Hələlik bu avtobusların sayı 50 olsa da, amma yaxın vaxtda 150 avtobusun gətirilməsi nəzərdə tutulur. Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, xəttə buraxılacaq bu marşrutlar insanların rahat gediş-gəlişini təmin etmək məqsədi daşıyır.

\”Paytaxta yeni gətirilən avtobuslar daha çox, orta tutumlu avtobuslardır. Burada ayaq üstə dayanmaq və oturacaq məsələləri var. Artıq 18 nəfərlik tutumu olan avtobuslar xətdən çıxarılıb. Burada 30-45 nəfərlik avtobuslardan söhbət gedir. Bundan yuxarı tutumu olan avtobuslar isə artıq böyük tutumlu avtobuslar sayılır. Təxminən 30-45 nəfərlik tutumu olan avtobuslar isə orta tutumlu avtobslara aiddir”, deyə Namiq Həsənov bildirdi.

Bu avtobusların fərqli cəhətlərindən biri də onlarda əlillər üçün xüsusi pandusların olmasıdır. Bu fiziki imkanları məhdud olan insanlara, eləcə də uşaq arabası ilə olan gənc analara avtobusa rahat minib enmə imkan yaradacaq. Bu kateqoriyadan olan insanlar üçün xüsusi oturacaqlar və əlil arabası ilə yerləşəcəyi yerlər də var. Yaşlı adamlar və kiçik uşaqlar üçün isə xüsusi sistem nəzərdə tutulub ki, lazım olduğu halda avtobusdan sərnişinin enməsi üçün onun hündürlüyünü azaltmaq mümkün olacaq. Həmçinin avtobusda sürücünün sərnişinləri müşahidə edə biləcəyi müasir videomüşahidə və videoqeydiyyat sistem ilə təchiz edilib. Bunun üçün salonda videokameralar quraşdırılıb.

MMC-nin nümayəndəsi Füzuli Sadıqov yeni avtobusların rahatlığından danışdı: \”Avtobus dayanacağa yaxınlaşıb dayananda panduslar aşağı enir. Sərnişin mindikdən sonra pandusla yuxarı qalxır. Bu zaman avtobusun qapıları bağlanır və avtobus dayanacaqdan ayrılır. Paytaxta gətirilən yeni avtobuslar avtomatik sürət qutusu ilə təchiz olnub. Eyni zamanda avtobus kondisoner, eləcə də daxili videomüşahidə və videoqeydiyyat sistemi ilə təchiz edilib. Ekoloji baxımdan sərfəlidir. Bu avtobuslar “Avro 5” standartlarına uyğundur”.

İlk olaraq yeni avtobuslar 65 saylı xətt avtobuslarına şamil olunub. Daha sonra isə digər avtobus xətlərinə də aid ediləcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button