Manşet

Bakı-Sumqayıt yolundakı qəzada xəsarət alanların adları məlum oldu

Bakı-Sumqayıt yolundakı qəzada xəsarət alanların adları məlum olduBakı-Sumqayıt yolunda baş vermiş qəzada yaralananların adları məlum olub.

Sumqayıt şəhər Təcili Yardım Stansiyasından APA-ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü Baloğlan Ağakişiyev, 1988-ci il təvəllüdlü Cavadov Rövşən Əsgər oğlu, Əhmədov Rəşad, İbadət Allahverdiyeva, Əsmər Məmmədova, Ofeliya Məmmədova, Afiq Paşabəyov. Hələlik kimliyi məlum olmayan üç nəfər xəsarət alıb, 3 nəfər isə ölüb.

* * * 11:18

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.

Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır.

* * * 10:27

Bakı-Sumqayıt yolunda – Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan \”Ford\” markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Şahidlərin verdiyi məluimata görə, hadisənin baş verməsi nətciəsində ölənlər və yaralananlar var.

Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.

Hadisə yerində araşdırmalar aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button