Manşet

Azərbaycanlı xanım erməni müxalifətçisini Bakıya qaçırtdı – TƏFƏRRÜAT

Azərbaycanlı xanım erməni müxalifətçisini Bakıya qaçırtdı - TƏFƏRRÜATErməni müxalifətçini Azərbaycana Novella Cəfəroğlu qaçırıb

Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan Azərbaycana insan haqları müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə qaçıb.

Bu haqda Novella Cəfəroğlu özü “İnterfaks”a məlumat verib.

“Bizim gürcü həmkarlarımız mənə məktub verdilər. Orada deyilirdi ki, Vahan Martirosyanı və onun arvadını döyüblər, nəticədə qadın uşaq salıb”- deyə Novella Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi deyib ki, o, Azərbaycanın dövlət strukturları ilə əlaqə yaradıb və “onlar Martirosyana sığınacaq veriblər”.

N.Cəfəroğlu əlavə edib ki, sabah Bakıda V.Martirosyanın və arvadının iştirakı ilə mətbuat konfransı olacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button