Manşet

Rusiyadan Azərbaycana Qarabağ vədi: \”Əlimizdən gələni edəcəyik\” – RƏSMİ AÇIQLAMA

Rusiyadan Azərbaycana Qarabağ vədi: "Əlimizdən gələni edəcəyik" - RƏSMİ AÇIQLAMARusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağla bağlı növbəti dəfə açıqlama verib.

Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına ümid edir.

Mariya Zaxarova bəyan edib ki, Rusiya vasitəçi ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxınlaşması üçün əlindən gələni edəcək.

“Rusiya nizamlama prosesinə fəal şəkildə cəlb olunub və biz, mən deyərdim ki, bu sülh prosesinin çox məsuliyyətli iştirakçılarıyıq. Buna görə də əlimizdən gələni edirik və edəcəyik ki, münaqişənin həlli tez bir zamanda yaxınlaşsın\”, deyə Rusiya XİN nümayəndəsi bildirib.

Mariya Zaxarova Rusiya və Azərbaycan arasında mövcud olan münasibətlər barədə də danışıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button