Manşet
18 il həbs cəzası verilən İlkin Süleymanovun məhkəməsində GƏRGİN ANLAR + VİDEO

Xəbər verdiyimiz kimi, Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürüb cəsədini yandırmaqda ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması sona çatıb.
Savash.org xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən İlkin Süleymanov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib.
Hökmün elan edilməsindən sonra İlkin Süleymanovun ailəsi buna etiraz edib və məhkəmə zalında gərginlik yaşanıb.