Manşet

Qəbələ şokda: restoran sahibini arvadının gözləri önündə öldürdülər

Qəbələ şokda: restoran sahibini arvadının gözləri önündə öldürdülərQəbələ rayonunda tanınmış həkimin ailəsində yasdır. Onun oğlunu ötən gecə yatağında güllələyərək öldürüblər.
Savash.org milli.az-a istinadən xəbər verir ki, naməlum şəxslər ötən gecə Qəbələdə restoran sahibi olan 47 yaşlı Vahid Vahabovun yaşadığı evə gələrək onu qətlə yetiriblər. Mərhum hadisə vaxtı evdə həyat yoldaşı ilə olub. Gecəyarısı yuxudan evinə soxulan şəxslərin səsinə oyanıb. Oyanması ilə güllələnməyi bir neçə saniyə çəkib. Cinayətkarlar onu heç yatağından qalxmağa imkan verməyərək güllələyiblər.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Vahid Vahabovun tamah məqsədilə öldürülməsi ehtimal olunur. Çünki o, bir neçə gün əvvəl \”Toyota Prado\” markalı avtomobilini satıb. Görünür, cinayətkarlar onun evində pulun olduğunu biliblər. Lakin pulları apara bilməyiblər.

Rayon sakinlərinin Milli.Az-a verdikləri məlumat isə hadisənin daha dəhşətli olduğunu göstərir: cinayətkarlar evə soxularaq ailənin üzvlərinin əl-qolunu bağlayıblar. Evə heç kimi buraxmayaraq Vahiddən pulların yerini öyrənməyə çalışıblar. Görünür, istəklərinə nail olmadıqda onu öldürüblər.

Onu da əlavə edək ki, V.Vahabov Qəbələdəki “Soyuq bulaq” restoranının sahibidir. Atası Rəşid isə rayonda adla deyilən həkimdir.

Hazırda istintaq qrupu qatillərin kimliyini müəyyənləşdirmək üçün işləyir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button