\”Qarabağ\” UEFA-dan tələb edir: \”Qolumuzu qeydə alın…\” – İMZA YIĞIMI BAŞLADI
Futbol klubunun azarkeşləri vurulan qolun qeydə alınması tələbi ilə event yaradıb, dekabrın 20-dək UEFA-ya minlərlə şikayət məktubu göndəriləcək
Avropa Liqası çərçivəsində keçirilən «Qarabağ»-«İnter» oyununda sonuncu dəqiqlərdə Ağdam klubunun vurduğu qolun sayılmaması ölkədə etirazla qarşılanıb. Sosial şəbəkələrin əsas müzakirə mövzusu olan bu məsələ ilə bağlı etirazların artıq UEFA səviyyəsinə çıxarılması qənaəti var və bununla bağlı klub rəhbərliyi ilə yanaşı, həm də azarkeşlər də hərəkətə keçiblər.
Dünən gecə saatlarında «Give us justice of Garabagh» adlı event yaradan azarkeşlər bununla UEFA-ya çoxsaylı şikayət məktubları göndərməyi planlaşdırırlar. Belə ki, eventi yaradanlar bəyan edib ki, qolun hakim tərəfindən qeydə alınmaması ədalətsizlik olduğundan ədalətin bərpasını istəyirlər. Və bu məqsədlə imza toplamağa başlayıblar. «UEFA Avroliqa qrup mərhələsinin sonuncu oyununda hakim Qarabağın vurduğu təmiz qolu qeydə almadı və nəticədə komandamız növbəti mərhələyə keçə bilmədi. Bu event sayəsində UEFA -ya şikayət məktubu göndərib «Qarabağ»ımızın haqqını geri istəyəcəyik !»
Qeyd edək ki, imzaların yığılması və şikayət halında UEFA-ya göndərilməsi prosesi dekabrın 20-dək davam edəcək.
jam.az