Manşet

Çexiyada yaşayan azərbaycanlıdan hakimə unikal hədiyyə: Eynək

Çexiyada yaşayan azərbaycanlıdan hakimə unikal hədiyyə: EynəkArtıq \”Qarabağ\” üçün bu il hər şeyin geridə qaldığını düşünə bilərik. Çünki inandırıcı görünmür UEFA-nın çex hakim Zelinkanın verdiyi səhv qərarı dəyişməsi. Amma buna baxmayaraq, azərbaycanlıların etirazları davam edir. FaktXəbər-in məlumatına görə, Çexiyada yaşayan azərbaycanlı Eldar Vəliyev də etirazını özünəməxsus şəkildə bildirmək istəyib. O, Çexiya Futbol Federasiyasına Zelinkaya çatdırılmaq üçün hədiyyə göndərib. Həmin hədiyyə paketinin içərisində isə (-4) ölçülü eynək olub. Bununla da, həmyerlilərimiz hakimin gözünün \”kor\” olmasını Çexiya Futbol Federsiyasının rəhbərliyinə çatdırmaq istəyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button