Manşet

Xədicə İsmayılı sorğu-suala tutublar: \”Məktubu mətbuata necə ötürmüsən?\”

Xədicə İsmayılı sorğu-suala tutublar: "Məktubu mətbuata necə ötürmüsən?"Saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Xədicə İsmayıla xəbərdarlıq olunub. Bu haqda AzadlıqRadiosuna dekabrın 15-də onunla görüşən vəkil Fariz Namazlı məlumat verib. Vəkilin bildirdiyinə görə, xəbərdarlığa səbəb Xədicə İsmayılın bir neçə gün öncə mətbuatda yayılan Yeni il təbriki məktubu olub:

«Təсridxana rəhbərliyi Xədicə xanımın mətbuatda dərc edilən yeni il təbrikindən narahat olub. Təbrik məktubu ilə bağlı ondan izahat da alınıb. Xədicə İsmayıl məktubla bağlı izahat almaq tələbinin qanuniliyinə şübhə ilə yanaşdığını bildirib. O izahatında bildirib ki, yeni il təbrikini mətbuata telepatiya üsuli ilə çatdırıb. Bundan sonra Xədicə xanımın saxlandığı kameraya gələn təcridxana rəhbərliyi ona xəbərdarlıq edib. Xəbərdarlıqda göstərilib ki, guya Xədicə İsmayıla tədricxana rəhbərliyinə qeyri-qanuni tələblər irəli sürüb. Xədicə xanım xəbərdarlığı imzalamaqdan imtina edib».

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button