Manşet

Meyidi \”baqaj\”dan tapılan taksi sürücüsünü müştərisi öldürübmüş – ŞOK TƏFƏRRÜAT

Meyidi "baqaj"dan tapılan taksi sürücüsünü müştərisi öldürübmüş - ŞOK TƏFƏRRÜATŞamaxı rayonunun Muğanlı kəndi ərazisində “Azsamand” markalı 99 AE 869 dövlət nömrə nişanlı avtomobilin yük yerindən meyiti tapılan sürücünün kimliyi bəlli olub. Savash.org aznews.az-a istinadla xəbər verir ki, ölən sürücü Füzulinin Alxanlı kəndində anadan olan Ceyhun Şakiroğludur.

Ceyhun Bakının Ramana kəndində yaşayıb. O, Xəzər rayonunda, Metronun “Koroğlu” stansiyasının yaxınlığında taksi fəaliyyətilə məşğul olurmuş və həmin gün Şamaxıya müştəri aparıbmış.

Ceyhunun məhz apardığı müştərilər tərəfindən öldürüldüyü üzə çıxıb.

Onun döyüşçü ailəsindən olduğu bildirilir. Ceyhunun 2 əmisi Qarabağda döyüşlərdə qəhrəmanlıqları il məşhur olduqları bildirilir.

Qeyd edək ki, hadisə Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verib.

Rayon sakinlərinin məlumatına görə, “Azsamand” markalı 99 AE 869 dövlət nömrə nişanlı avtomobil aşmış vəziyyətdə tapılıb.

Avtomobilin yük yerindən isə sürücünün meyiti aşkar olunub.

Şamaxı Rayon Prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button